Donato Cannotti () — italyan humanisti, siyasi xadim, alim, komedioqraf. Cannotti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 189.
Haqqında Pizada təhsil almışdır. 1527-ci ildə N. Makiavellinin ölümündən sonra Florensiya Respublikasında katib vəzifəsini tutmuş, Mediçinin qayıdışından sonra 1530-cu ildə qovulmuş, Romada və Venesiyada yaşamışdır. Cannotti əqidəli respublikaçı olmuş, Florensiyada idaretmə sistem haqqında “Dela repubblica fiorentina”(1531) traktatını yazmış və “Dialogi de Republica Venetorum” (1540) kitabında Venesiya üçün aris tok ratik, monarxiya və demokratik institutlarının qarışığından ibarət ideal dövlət quruluşu layihəsini vermişdir. “Vurğun qoca” (1533 və1536-cı illər arasında, Plav tın “Tacir”inin süjeti əsasında) və “Milesia” komediyalarının müəllifidir. Mikelancelonun yaxın dostu idi.
İşləri Della repubblica fiorentina (1531) Dialogi de Republica Venetorum (1540) Il Vecchio amoroso, play Milesia in terzine, play Lettere a Piero Vettori Dialoghi de' Giorni che Dante Consumo nel Cercare l'Inferno e'l Purgatorio (1546)
İstinadlar
Xarici keçidlər Kolumbiya ensiklopedik məqaləsi
Donato Cannottinin əsərləri
Kateqoriya:İtaliya alimləri Kateqoriya:İtaliya siyasi filosofları Kateqoriya:İtaliya dramaturqları Kateqoriya:İtaliya siyasətçiləri