Azadlıq abidəsi () — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır. "Latvijas Enciklopēdija" (I sējums) Rīga 2002 SIA "Valērija Belokoņa izdevniecība" ISBN 9984-9482-1-8
Tikilməsi
Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb.
Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş. Qalibi keçmiş müsabiqələrində də uğurlu olan heykəltaraş, Karlis Zalenin Ulduz kimi parılda! () layihəsi idi. Müəllifin və nəzarətçi memarın, Ernests Ştalberqsın kiçik dəyişmələrindən sonra, 1931-ci ilin noyabrın 18-də tikiliş başlayıb.
Yerləşməsi
Abidə şəhərin mərkəzində olan, Əski Riqanın yanındaki Azadlıq bulvarında () yerləşir.Statue of Liberty, retrieved: 2007-02-07
Ziyan və bərpa işləri
Abidəni şaxtalı, yağışlı iqlim və bundan əlavə, hava çirklənməsi təhlükə altına qoyur.Environmental Influences on Cultural Heritage of Latvia by G. Mezinskis, L. Krage & M. Dzenis, Faculty of Materials Science and Applied Chemistry, Riga Technical University Ona baxmıyaraq ki, 1990-ci illərdə abidəətrafı piyadaların üçün ayırılıb, onun ətrafında hələ də yol hərəkəti olan üç küçə var.
İstinadlar
Kateqoriya:Riqa abidələri Kateqoriya:1935-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Zəfər abidələri Kateqoriya:Azadlıq simvolları