Bosniya və Herseqovina Sosialist Respublikası () — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Yuqoslaviyanın tərkibinə daxil olan 6 müttəfiq dövlətdən biri. Dövlət 1946-cı ildə Bosniya və Herseqovina Xalq Respublikası olaraq təşkil edilmişdir. 1963-cü ildə konstutsiyaya edilən referendum ilə Bosniya və Herseqovina Sosialist Federasiyası adlandırılmışdır. 1992-ci ilin aprelində müstəqil Bosniya və Herseqovina Respublikası olaraq Yuqoalaviyanın tərkibindən çıxmışdır. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası (18 noyabr 1991), serblər isə Serb Respublikasını (9 yanvar 1992) qurmuşdur. Bosniya və Herseqovina bu dövrdə dövlət ərazisinin az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur. 1995-ci ilin sonlarında Deyton sazişinin imzalanması ilə alyansa Serb Respublikasında qatılmışdır. 1997-ci ildə isə dövlətin əsasında müasir Bosniya və Herseqovina qurulmuşdur. Deyton avlaşması ilə ölkə Serb Respublikası, Bosniya və Herseqovina Federasiyası və Brçko dairəsinə bölünmüşdür.

Bosniya və Herseqovina SR Yuqoslaviyanın tərkibində orta səviyyəli inkişaf etmiş ölkə idi. Ondan sonra Monteneqro SR və Makedoniya SR gəlirdi. Ərazisinə görə Serbiya SR və Xorvatiya SR sonra ərazisinə görə üçüncü ölkəsi idi. Ölkənin paytaxtı Sarayevo şəhəri idi.

Respublika rəhbərləri

Bosniya və Herseqovina xalq azadlıq hərəkatının dövlət antifaşist nümayəndəsi

Boislav Kesmanoviç (1943—1945)

Xalq Skupşinin Prezidium nümayəndəsi

Boislav Kesmanoviç (1945—1946) Puçar Curo (1946—1948) Vlado Şeqrt (1948—1953)

Xalq Skupşinin nümayəndəsi

Puçar Curo (1953—1963) Patomir Duqoniç (1963—1967) Cemal Biediç (1967—1971) Xamdiya Pozderas (1971—1974)

Prezidium nümayəndəsi

Ratomir Duqoniç (1974—1978) Raif Dizdareviç (1978—1982) Branko Mikuliç (1982—1984) Milanko Renovisa (1984—1985) Munir Меsixoviç (1985—1987) Mato Andriç (1987—1988) Nikola Filipoviç (1988—1989) Obrad Pilyak (1989—1990) Aliya İzetbeqoviç (1990—1992, Bosniya və Herseqovina Respublikası 1996)

Sosial-iqtisadi inkişafı Bosniya və Herseqovina Sosialist Respublikası Yuqoslaviyanın elə də güclü inkişaf etməmiş regionlarındanhesab edilirdi. 1979-cü il məlumatına görə ölkədə işsizlik səviyyəsi 15,52 olduğu halda Bosniya və Herseqovinada bu rəqəm 16,60 % idi. Əgər ilik adam başına düşəm ümumdaxili məshulun həcmi Bosniya və Herseqovinada 391 dinar, Yuqoslaviyada isə 513 dinar, 1971-ci ildə isə müvafiq olaraq 4662 və 6969 dinar təşkil edirdi. 1952 - 1979-ci illərdə illik artım dörd dəfə azlmışdır. Bu isə şəhər əhalisinin artması ilə əlaqədar idiХаритонова О.Г. Босния и Хорватия в СФРЮ: институциональные проблемы этнической федерации // Сравнительная политика. - 2014. - № 1. - С. 26.

İstinadlar

Mənbə Bosniya və Herseqovina Auswärtiges-amt saytında Bosniya və Herseqovina World Statesmen saytında

Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Balkan yarımadasının tarixi dövlətləri Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Tarixi respublikalar Kateqoriya:1943-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi