() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadirdir.

Kateqoriyası (EN). Təhlükə altındadır.

Genefond əhəmiyyəti Regionda cinsin tək növüdür.

Qısa təsviri Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil. Səsi zəif–"ti-pi, ti-pi", bəzən isə bərk çıxır-"kvak-kvak-kvak"Mustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğlu", 2005, s. 157–158;.

Yayılması Ön Asiyada və Cənubi Qafqazda yayılıb. Azərbaycan Respublikasının ərazisi (Naxçıvan MR) bu növün arealının qərb kənarını təşkil edir. Hələlik, əsasən, İlandağ massivində və Gilyançay vadisində olur. Oturaq quşdurMustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğ-lu", 2005, s. 157–158;.

Yaşayış yeri və həyat tərzi Səhra landşaftlı alçaq dağlıqda məskunlaşıb. Bitki örtüyü zəif olan, quraq iqlimli seyrək qayaların çınqıllı yamaclarında qayanın çıxıntısı altında (yerdə) sadə yuva düzəldir. Azərbaycanda biologiyası zəif öyrənilibMustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğlu", 2005, s. 157–158;. Çoxlu qayalar olan yamacı xoşlamır. Suya yaxın olan sahələrdə məskunlaşır. Monoqamdır. May-iyun aylarında 8–12 yumurta verir. Sərçə boyda cücələrinə iyulda və avqustda rast gəlinir. Ona görə ki, reproduksiya dövrü uzun çəkir. Təhlükə olanda uçmağı yox, gizlənməyi xoşlayırДементьев Г.П., Гладков Н.А. (ред.) Птицы Советского Союза. М.Л., "Советская наука", 1952, том IV, с. 149–153.. Əsas yemi səhra bitkilərinin vegetativ hissəsindən və toxumundan ibarətdir. Həşərat da yeyir.

Sayı Populyasiyanın sıxlığı aşağıdır. Xoşladığı biotop az olduğu üçün ümumi sayı azdır. İyun ayında 6 km2 sahədə 5 quş qeyd edilibTalıbov T. H. Səhra balakəkliyi–Ammoperdix griseqularis Br. Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı, 1-ci cild. Naxçıvan, "Əcəmi", 2006, s. 109–110;.

Məhdudlaşdırıcı amillər Qanunsuz ovlanma halları, ev heyvanları və çobanlar tərəfindən yuvasının dağıdılması, növün yeni yaşayış yerində yaşamaq çətinlikləri, tülkünün və ilanların çox olması.

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır, Naxçıvan MR-in "Qırmızı Kitab"ına daxil edilib, yasaqlıqlarda nəzarət altında saxlanılırTalıbov T. H. Səhra balakəkliyi–Ammoperdix griseqularis Br. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı, 1-ci cild. Naxçıvan, "Əcəmi", 2006, s. 109–110;.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Nəsil verdiyi lokal yerlərin təbiət abidəsi elan edilməsi, ekoloji maarifçiliyin gücləndirilməsi, İlandağ sahəsinə yasaqlıq statusunun verilməsi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1843-cü ildə təsvir edilən quşlar