Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Fiziki-coğrafi oçerk Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir.

Əhali 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır.

Təsərrüfatı Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.

Həmçinin bax

Kateqoriya: Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri