Nikolay Mixayloviç Rubtsov (; 3 yanvar 1936, Yemetsk – 19 yanvar 1971, Voloqda) — rus şair.
Həyatı Nikolay Mixayloviç Rubtsov 1936-cı ildə Rusiyanın Xolmoqorsk rayonunda doğulub. 1962-1969-cu illərdə Moskvanın M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Cəmi otuz beş il ömür sürmüş şair az vaxtda "Lirika" (1965), "Çöllər ulduzu" (1967), "Qəlb qoruyur" (1969), "Şam ağaclarının səsi" (1970), "Yaşıl güllər" (1971) adlı şeir kitablarını nəşr etdirib. Bu əsərlər ona tezliklə məşhurluq gətirib.
Nikolay Rubtsov 1971-ci ildə sevgilisi, şair Lüdmila Derbina tərəfindən öldürülüb.
İstinadlar
Xarici keçidlər
Nikolay Rubtsov poetry at Stihipoeta N. Rubtsov Nikolay Rubtsov's Poems , song by Larisa Novoseltseva on poem by Rubtsov
Kateqoriya:Rusiya şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:Rus şairlər