Şah Abbas məscidi (; daha əvvəl Şah İsmayıl məscidi (); digər mənbələrdə Göy məscid (), Şiə məscidi (), Tatar məscidi () — 1522–1952-ci illərdə Tbilisi şəhərinin tarixi mərkəzində fəaliyyət göstərmiş məscid.
Tarixi 1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş, minarələr ucaldılmışdır. Məscid şah Abbasın adını daşıyırdı.
İkinci Dünya müharibəsindən sonra yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur. Həsən Həsənovun sözlərinə görə, azərbaycanlı icmaya uçurulan məscidin əvəzinə yeni məscidin tikilməsinə şəraitin yaradılacağına söz verilsə də, buna əməl olunmayıb.
Xüsusiyyətləri Minarə və günbəz mavi kaşanla bəzədilmiş bəzəkli kərpiclə hörüldüyündən Göy məscid də adlanırdı.
Şah Abbas məscidinin günbəz və minarəsinin mavi kaşanları Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Eləcə də, onun minbəri qorunub saxlanılmışdır ki, hazırda Botanika küçəsində yerləşən Sünni məscidinin minarəsində durur. Şah Abbas məscidindən qalan bu minbər Tbilisinin yeganə məscidi üçün yeganə dəyərdir.
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Gürcüstan məscidləri Kateqoriya:1606-cı ildə yarananlar Kateqoriya:1950-ci ildə ləğv olunanlar Kateqoriya:Tbilisidəki dini tikililər Kateqoriya:Dağıdılmış məscidlər Kateqoriya:Şiə məscidləri Kateqoriya:XX əsrdə dağıdılmış dini tikililər