Cəsur Karl (; — Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi.Cəsur Karl// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 333
Həyatı Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
İrsi 1465-ci ildə Ümumi rifah liqasında iştirak etmişdir. İngiltərənin dəstəyinə ümid edərək IV Eduardın bacısı Marqarita (1446–1503) ilə evlənmişdir. Öz mülklərini genişləndirərək, 1474–77 illərdə İsveçrə və Lotaringiya ilə fasiləsiz müharibələr (Burqundiya müharibələri) aparmışdır.Nansinin mühasirəsi zamanı həlak olmuşdur. Onun Fransa mülkləri (Pikardiya, Burqundiya hersoqluğu, Franş-Konte, Artua və Bulonne) XI Lüdovik tərəfindən ilhaq edilmişdir. Qalan torpaqların varisi isə Cəsur Karlın qızı Burqundiyalı Mariya olmuşdur. Cəsur Karl sağlığında Böyük Aslan, Döyüşçü, Qorxulu və İgid ləqəbləri ilə məşhur idi; Cəsur ləqəbi isə ona 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində verilmişdi.
Həmçinin bax Burqundiya hersoqluğu
İstinadlar
Xarici keçidlər Cəsur Karl
Kateqoriya:1433-cü ildə doğulanlar Kateqoriya:1477-ci ildə vəfat edənlər