() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab(i, ii, iii). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda, 3-4 sm yoğunluqdadır. Gövdə 20-40 sm hündürlükdə, çılpaq, bütöv, meyvə vaxtı yoğunlaşır. Kökyanı yarpaqlar uzun, enli-neştərşəkilli, 25-30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzanmış, çoxçiçəkli, enli-piramidavaridir. Çiçəkyanlğı 10 mm-ə qədər uzunluqda, uzunboruvari, ağımtıl-mavi, qonur, quruduqda kürən qırmızımtıldır. Sütuncuq uzun, yumurtalıq və tozluq çiçəkyanlığına çatandır. Qutucuq iri yumurtavaridir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel, meyvə əmələgəlməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Dağətəyi və orta dağ qurşağında rast gəlinir. Kseromezofitdir.
Azərbaycanda yayılması Naxçıvanın dağlıq və düzənlik hissəsləri.
Sayı və tendensiyası Populyasiyalarının sayı azalır, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen və zoogen amillər, hali tərəfindən yığılması itmə təhlükəsi yaradır.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər