() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may-iyul aylarına təsadüf edir. Yuxarı dağ qurşaqlarında, əhəngli, çınqıllı-daşlı, daş yamaclarında və çəmənliklərdə rast gəlinir. Dekorativdir. Zəhərli bitki olduğundan mal-qara tərəfindən yeyilmir.
Yayılması Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri.
Sayı və tendensiyası Antropogen amillərin təsirinə baxmayaraq populyasiya hal-hazırda sabitdir, yalnız areallarının qismən daralması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Sistemsiz otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, ekstremal iqlim şəraiti olan ərazilərdə yayılıb.
Mühafizə tədbirləri Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası