Adi üzgəcotu () — sugülükimilər fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013http://redbook.az/?options=project&id=Adi%20%C3%BCzg%C9%99cotu
Yayılması Lənkəran ovalığı (Lənkəran rayonunun Göyşaban kəndi, Mortso gölü), Lənkəran-Muğan (Masallı rayonu – Boradigah çayı), Kür düzənliyi, Naxçıvanın dağlıq hissəsi (Şahbuz Dövlət qoruğu Batabat gölünün sahilyanı zonalarında)Флора Азербайджана, 1952 Алиев Д.А., 1969Əsgərov A.M., 2005thumb|281x281px Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Kriptofit-hiqrofitdir. Arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda, göllərdə, hündür bitkilər areasında, külək və dalğalardan qorunan yerlərdə təmiz assosiasiyalar, eləcə də Lemna minor və L. Gibba növləri ilə qarışıq assosiasiyalar əməə gətirir. Dərman və çöl quşları üçün qida bitkisidir Мехтиева Н.П., 2006 left|thumb|179x179px
Qısa morfoloji təsviri Çoxillik su bitkisidir. Suyun səthində üzən gövdələri tərs –yumurtavari və ya dəyirmi, üst hissədən açıq –yaşıl, alt hissədən qırmızımtıl rngdə, yastı, 5 mm enindədir. Kökcükləri çox sayda, dəstələr şəklindədir. Payızda nohurun dibinə batmış qonur-qırmızı, hər iki tərəfdən qabarıq zoğlar inkişaf edir Musayev M.Q, 2012
Sayı və tendensiyası Populyasiyasının təbii bərpası azalır, mənfi iqlim və antropogen təsirlərə həssaslıq müşahidə olunur Tərtibçilərin məlumatları.
Məhdudlaşdırıcı amillər Qlobal istiləşmə ilə əlaqədar yaranan quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur.
Sinonimləri: Lemna polyrrhiza L.
İstinadlar
Kateqoriya:Sugülükimilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Bitki modelləri Kateqoriya:Su bitkiləri