Hadisələr 6 yanvar — Birinci ingilis-əfqan müharibəsinin gedişində ingilis ordusunun Əfqanıstandan çıxarılmağa başlanılması, general Vilyam Elfinstonun başçılığı ilə qoşunların Kabuldan Cəlilabada doğru hərəkət etməsi. Kazan quberniyasında çuvaş və mari kəndlilərinin çıxışlarının baş verməsi. 13 aprel — Fransisko Morasanın başçılığı ilə onun tərəfinə keçmiş ordu ilə birlikdə Kosta-Rikanın paytaxtı San Xose şəhərinə daxil olması 29 avqust- Nankində Çinlə İngiltərə arasında "Sülh, dostluq, ticarət və zərərin ödənilməsi" barədə sülh müqaviləsinin imzalanması. 11 sentyabr — Kosta-Rikada hərbi çevriliş nəticəsində Fransisko Morasanın devrilməsi. 15 sentyabr — Kosta-Rikanın paytaxtı San-Xose şəhərinin mərkəzi meydanında Mərkəzi Amerika federal Respublikasının keşmiş rəhbəri Fransisko Morasanın güllələnməsi. İngilis fiziki D. Coul və alman fiziki R. Mayer tərəfindən təcrübələr yolu ilə enerjinin itməməsi və çevrilməsi qanununun kəşf edilməsi. Azərbaycanda ilk rus köçkünləri tərəfindən Yelizavetpol qəzasında Rus Borisi kəndinin salınması.
Doğumlar 15 yanvar — Pol Lafarq, fransız iqtisadçı və siyasi xadim. 17 yanvar — Vasili Qriqoryeviç Avseyenko, rus yazıçısı, ədəbi tənqidçi və publisist. 25 fevral — Karl May, alman yazıçısı 26 fevral — Kamil Flammarion, fransız aair-simvolisti 18 mart — Fransız simvolizminin başçısı, şair — Stefan Mallarme. 1 aprel — Əhməd Orabi-paşa, Misir hərbi və siyasi xadimi, 1882-ci ildə İngilis-Misir müharibəsi dövründə ingilislərə qarşı mübarizənin rəhbəri. 25 aprel — Fyodor Nikiforoviç Plevako, rus vəkili və məhkəmə natiqi. 23 may — Mariya Konolnitskaya — Polşa yazıçısı 24 iyun — Ambroz Birs — Amerika yazıçısı 11 sentyabr — Varfolomey Zaytsev, rus publisisti və ədəbi tənqidçisi 21 sentyabr — II Əbdülhəmid, 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. 26 oktyabr — Vasili Vasilyeviç Vereşagin, rus rəssamı. 27 noyabr — Nikolay Konstantinoviç Mixaylovski, rus publisisti, sosioloq, ədəbi tənqidçi. 9 dekabr — Pyotr Kropotkin, rus anarxizminin nəzəriyyəçisi, tarixçi. 12 dekabr — Alfred Parland, rus memarı. Ayətullah Seyid Əli İrəvani 27 oktyabr – Colitti Covanni, dövlət və siyasi xadimi
Ölümlər Cənubi Azərbaycan şairi — Fazil xan Şeyda.