() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" — CR A2c+3c; B1ac(i) +2ab(i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Botaniki xarakteristikası Hündürlüyü 4-7 (15) sm olan çoxillik ot bitkisidirdir. Kökətrafı yarpaqlar 3-9 sm uzunluqda, tərs yumurtavari, bəzən dəyirmi; çiçəkləri tək, gövdənin əsasında 2-3 ədəd, kasacıq boruvari çılpaqdır, tac 4-5 sm uzunluqda, ağımtıl, çəhrayı və ya bənövşəyi rəngli, qayıqcıqlıdır. Paxla meyvəsi oturaq, 7-10 mm uzunluğunda, şarşəkilli-yumurtavari, itiucludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvəvermə iyun ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağında, quru, daşlı-çınqıllı və qumlu yamaclarda təsadüf olunur.

Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu — Əlincəçay vadisi, Babək rayonu — Nehrəm kəndi ətrafı; Ordubad rayonu — Çənnəb kəndi ətrafı).

Sayı və tendensiyası Məhdud ərazilərdə yayıldığından itmə təhlükəsi altındadır.

Məhdudlaşdırıcı amillər Populyasiyalarının azlığı, ekoloji və antropogen təsirlər.

Mühafizə tədbirləri Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Arpaçay Dövlət Təbiət Yasaqlığı və Ordubad Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər