() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Botaniki xarakteristikası Sallanan, birillik ot bitkisidir. Gövdəsi 5–15 sm hündürlükdədir. Yarpaqlar qısasaplaqlıdır. Yumurtavari və ya üçbucaq yumurtavaridir, kütdür. Kasacığı 4 bölümlüdür, hissələri eyni deyil, lansetvari, meyvəvermə zamanı 6–9 mm uzunluqdadır. Çiçək tacı iri, parlaq-göy rəngdədir, Kasacıqdan uzundur. Ləçəkləri 6–9 mm uzunluqdadır. Qutucuğu 3mm, tüklü, iki pərli, dairəvi, dar, dərin girintilidir. Yuvası 16 toxumludur. Sütuncuğu 3 mm uzunluqdadır. Toxumları 1,5–2 mm uzunluqda, yumurtavari, hamar, qayıqşəkilli, sarıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel-may, meyvə əmələgətirməsi may–iyun aylarında baş verir. Mezokserofitdir. Arandan aşağı dağ qurşağına kimi quru-gilli və daşlı yamaclarda, yovşanlıqlarda, əkinlərin kənarlarında rast gəlinir.
Azərbaycanda yayılması Abşeron, Qobustan, Kür-Araz və Lənkəran ovalıqlarıdır.
Sayı və tendensiyası Populyasiyanın sayı azalır, aşama ərazisi məhdudlaşır, gələcəkdə itmə təhlükəsi yarana bilər.
Məhdudlaşdırıcı amillər Antropogen faktorlar (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekortaiv kimi toplanması, infrastrukturun inkişafı, dəyişkən qilim amillərinə həssaslıq və ərazilərdə texnogen təsirin artmasıdır.
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, tozumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası