Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. Макаревич М.Ф. 1963Определитель лишайников СССР, 1978

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır.

Yayılması Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir. Новрузов В.С. 1972Новрузов В.С. 1990

Sayı və tendensiyası Populyasiyanın sayı məhdudlaşır. Xalq təbabətində istifadə olunan antibiotik tərkibli, lekanorin turşularının öyrənilməsinə ehtiyac vardır. Tərtibçnin məlumatı

Məhdudlaşdırıcı amillər Meşələrin qırılması, meyvə bağlarının rekonstruksiyası, atmosfer çirklənmələridir.

Mühafizə tədbirləri Növün rast gəlmə yerini tam mühafizəyə almaq, populyasiyalar üzərində daimi nəzarət təşkil etmək, meşələrin qırılmasını qəti qadağan etmək, yeni yayılma yerlərini axtarmaq, rast gəlmə yerlərinə yasaqlıqlar etmək lazımdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İntervikisiz biologiya məqalələri