() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır. Yarpaqları görünüşünə görə neştərvari və ya üçkünc-ovaldır, sivriləşmiş və parlaqdır. Yarpağın saplağı dairəvi və ya şırımlıdır, yuxarı hissəsi yaşılımtıl və yaxud qırmızımtıl-qonur, aşağı hissəsi qara və ya qırmızımtıl-qara rəngdədir. Birinci cərgənin seqmentləri uzanmış-oval, pazşəkillidir, saplaq üzərindədir, ikinci cərgənin seqmentləri isə uzunsov-ovaldır, qaidə hissəsi pazşəkilli, axırıncı dilimləri sivri-dişlidir. Sporları xətvaridir, örtükləri tamkənarlıdır. İyul-avqust aylarında sporlayır.
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Aşağı və orta dağ qurşaqlarında, əsasən meşə zonalarında.
Yaşayış mühiti Meşələrdə, daşlı yerlərdə, yamaclarda rast gəlinir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Afrika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Okeaniya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları