() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Azərbaycanda yayılması BQ (Quba), BQ qərb, KQ mərkəzi, Naxçıvanın dağlıq yüksək dağ qurşaqlarında, əsasən alp zonalarında.
Yaşayış mühiti Dağ çəmənlərində rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası