Şərqi Göyçə silsiləsi — Ermənistan və Azərbaycanın sərhəddində yerləşən dağ silsiləsi. İnzibati cəhətdən isə Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Geğarkunik mərzi ərazisinə daxildir. Silsilə Göyçə gölündən cənub-şərqdə, Böyük Alagöl və Kiçik Alagöl göllərindən isə şərqdə yerləşir. Silsilə əsasən dağ çöl bitkiləri ilə örtülmüşdür. Silsilənin uzunluğu 45 km təşkil edir. Silsilənin ən hündür zirvəsi Axarbaxar yatmış vulkanıdır.
İstinadlar
Kateqoriya:Kiçik Qafqaz Kateqoriya:Azərbaycan sıradağları Kateqoriya:Ermənistan sıradağları