() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür. Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında.
Yaşayış mühiti Suvarma kanallarının sahilində, kollu cəngəlləklirdə, çay və meşə kənarında, dəniz sahilində, alaqlı yerlərdə, səpələnmiş və qrup halında rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Zəhərli bitkidir. Yarpaqlarının parenxim hüceyrələrində kauçuk vardır.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları