Burk-an-Bres () — Fransanın şərqində şəhər. En departamentinin inzibati mərkəzi.Burk-an-Bres// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 87-88. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Əhalisi Əhalisi 40,1 min (2010).
Coğrafiyası Yura dağlarının ətəyində, Ressuz çayı sahilində yerləşir. Avtomobil və dəmiyolları qovşağı.
Tarixi Roma yaşayış məskəninin yerində meydana gəlmişdir. Təqribən 1250-ci ildə şəhər statusunu almışdır. 12-ci əsrdən Savoyya hersoqluğunun tərkibində olmuş, 1601-ci ildə Fransanın tərkibinə qatılmışdır.
Memarlığı left|thumb|Bru monastrının daxili interyeri Bru monastırı (1506–12; Cənubi Niderland, İtaliya, Burqundiya və Fransa ustaları; 3 kluatrdan biri 15-ci əsr), onun nəzdində son qotika üslubunda kilsə (1513–32; memar L. van Bohem; J. Perrealın layihəsinə əsasən; zəngin heykəltaraşlıq dekoru olan qala fasadı; Lion emalatxanalarında hazırlanmış A. Dürer və Tisianın əsərlərinin motivləri üzrə xorun polixrom vitrajları, 1525–31); Notr-Dam kilsəsi (1505–1654), karkaslı evlər (15 əsrin sonu – 16-cı əsr), Savoyya hersoqlarının qəsri (16-cı əsr), Burmayer məhəlləsinin imarətləri (18-ci əsr), Ratuşa (1771), teatr (1787) var. En dep-ti muzeyi (monastır binasında; orta əsrlərin və xalq sənəti kolleksiyası, 16–17-ci əsrlər flamand və holland rəngkarlıgı) fəaliyyət göstərir. Elektrotexnika sənayesi, dəzgahqayırma; keramika məmulatı, ayaqqabı istehsalı var.
İstinadlar
Xarici keçidlər Şəhər şurasının rəsmi internet saytı
Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Fransa şəhərlərinə görə kateqoriyalar Kateqoriya:Fransa prefekturaları Kateqoriya:XIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:En departamentinin kommunaları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri