Karl Bühler () — Almaniya və Avstriya psixoloqu.Bühler// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 146. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həyatı Frayburq və Strasburq universitetlərində təhsil almış, Külpenin şagirdi, Bonn (1909), Münxen (1915), Drezden (1918), Vyana (1922) universitetlərinin professoru olmuşdur. 1938-ci ildə, Avstriyanın faşist Almaniyası tərəfindən işğalından sonra Norveçə, oradan da ABŞ-yə köçmüşdür. 1906-cı ildən Vürsburq məktəbi çərçivəsində təfəkkürü tədqiq edərək, ondakı obrazları, intellektual hissləri və hissi-obrazlı səciyyəsi olmayan əsl hissləri fərqləndirmişdir. Birinci Dünya müharibəsi zamanı hərbi cərrah işləmişdir.

Fəaliyyəti Müharibədən sonra uşaq psixologiyası problemləri ilə məşğul olmuş, psixikanın inkişafını instinkt, vərdiş və intellekt mərhələlərinə ayırmış, sonuncunu qəflətən anlama aktları ilə əlaqələndirmişdir. "Psixologiyanın tənəzzülü" ("Die Kriseder Psychologie", 1927) əsərində Bühler psixologiyada tənəzzülü subyektiv (introspektiv psixologiya), obyektiv (biheviorizm) və mədəni-tarixi (anlayan psixologiya) yanaşmalarının sintezi ilə aradan qaldırmağı təklif etmişdir. Dilçilikdə psixoloji istiqaməti, funksional linqvistikanı inkişaf etdirmiş, dil sahəsinin "eqosentrik konsepsiyasını" yaratmışdır.

Dili funksional sistem hesab edən Bühler onun üç funksiyasını fərqləndirmişdir: danışana aid olan ifadə (ekspressiv), dinləyənə aid olan müraciət (apelyativ) və haqqında danışılan predmetə aid olan məlumat (reprezentativ) funksiyaları.

İstinadlar

Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Almaniya psixoloqları Kateqoriya:Avstriya psixoloqları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:ABŞ filosofları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsr psixoloqları Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Almaniya dilçiləri