() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir. Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla az örtülmüşdür. Çiçəkləri birtərəfli salxımşəkilli çiçək qrupunda, inkişaf etməmiş xırda yarpaq qoltuğunda, qısa saplaq üzərində toplanmışdır. Tacın uzunluğu 14–17 mm olub, borucuğabənzərdir, adətən solğun bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa, küt dilimləri vardır. Qutucuq şarşəkillidir, kasacığa bərabərdir. Çiçəklənmə aprel-may aylarında baş verir. Meyvəvermə may-iyun aylarında olur.

Azərbaycanda yayılması Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür-Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan aşağı, nadir hallarda orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə və kolluqlarda rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin növləri üzərində parazitlik edir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan florası Kateqoriya:Meyvə bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Parazit bitkilər