Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.

Toponimiyası Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.

Həmçinin bax Lənkəran rayonu Yaşayış məntəqəsi

İstinadlar

Kateqoriya:Lənkəran rayonunun kəndləri