Cənub çuğundur birəciyi () — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir.
Quruluşu
Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir.
Yayılması
Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır.
Zərər vurması
Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür. Ciddi zərərvericilərdən olub, yazda inkişaf edir və cavan şəkər çuğunduru bitkilərinə zərər verir. Bu birəciklər böyük əkin sahələri üçün xüsusi ilə təhlükəlidir.Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 78.
Nəsilvermə
Cütləşmə prosesi may ayında müşahidə edilir. Böcəklərin inkişafı 30 günə başa çatır. Sürfənin və pupun inkişafı torpaqda gedir. Sürfələr cavan köklərlə qidalanırlar. Bu böcəklər ildə bir dəfə nəsil verirlər. Yeni nəslin çıxması dağətəyində iyulun əvvəllərində müşahidə edilir.
Ədəbiyyat
Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 78.
İstinadlar
Kateqoriya:Yarpaqyeyənlər