thumb|İvan Urqant Tbilisi rus kinosu festivalında. 2011-ci il. İvan Urqant () — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.

İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur. O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib.

Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub. İvan melodram janrında çəkilmiş bu filmdə gənc və cazibədar Denis Qanin rolunda çəkilib. Onun bu filmdə tərəf müqabilləri Aleksandr Qalibin, Yekaterina Quseva və Yuliya Rutberq kimi aktyorlar olub.

İvan Urqant rejissor Pavel Bardinin 2007-ci ildə komediya janrında çəkdiyi "Üç nəfər və qar dənəciyi" filmində oynadığı Qarik roluna görə, "Ən yaxşı komediya aktyoru" nominasiyasında "MTV Russia Movie Awards" mükafatına namizəd olub.

İvan Urqant 2010-cu ildə bir neçə novelladan ibarət, müxtəlif rejissorlar tərəfindən çəkilmiş "Yolkalar" kinokomediyasında çəkilib. Bu filmdə oynadığı biznesmen Boris roluna görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.

2011-ci ildə Milla Yovoviç, Sergey Qarmaş, Vladimir Menşov və Konstantin Xabenski kimi aktyorlarla birlikdə Levan Qabriadzenin "Oyunbazlıqlar" və Sergey Bezrukov və Oksana Akinşina kimi aktyorlarla birlikdə Pyotr Buslovun "Vısotski. Sağ ol ki, yaşayırsan" filmində çəkilib. İvan bu iki filmdə canlandırdığı obrazlara görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.

Filmoqrafiya Mənbə: İl Azərbaycanca adı Orijinal adı Rol1996 Sərt zaman gənc aktrisanın dostu1997 33 kvadrat metr Ornitoloq1998 Senyora epizodik1999 Sınmış fənərlər küçəsi 2 "Mamont" ləqəbli Nikolay Kolesnikov2001 FM və uşaqlar dosent2002 Pullar İvan2005 180 və ondan yuxarı Anton2006 Tənəkə İlya2006 Allaha şükür, sən gəldin! qonaq2007 O, o və mən Denis2007 Kukla şərhçi2007 Üç nəfər və qar dənəciyi Qarik2008 Paradoks Vadikin dostu2008 Gözəllik tələb edir... pilot2008 Sehrbaz Zaxarov2008 Avropa-Asiya Elvis2009 Cənubi Butovo — 2010 Yolkalar Boris2010 Oyunbazlıqlar Danya2011 Vısotski. Sağ ol ki, yaşayırsan Seva Kulaqin2011 Yolkalar 2 Boris2012 Ölkə şopdadır —2012 Vısotski. Əsl həyatın dörd saatı —2013 Yolkalar 3 Boris2014 Yolkalar 1914 Boris2016 Yolkalar 5 Boris2017 Moskva haqqında əsatirlər —

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İvan Urqant Kateqoriya:Aktyor filmoqrafiyaları