Kobo Abe (əsl adı — Kimifusa Abe — ; ) — yapon yazıçı, dramaturq və ssenaristi. İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir.
Həyatı Yazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyi Mançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildə Tokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi.
Yaradıcılığı Ən məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
Xarici keçidlər Kobo Abenin əsərləri (rusca)
Kateqoriya:Tokio yazıçıları Kateqoriya:Yapon yazıçılar Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Akutaqava mükafatı laureatları Kateqoriya:Yaponiyanın elmi fantastika yazıçıları Kateqoriya:Yomiuri mükafatı laureatları Kateqoriya:Dramlar