LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Həmçinin bax Printer

Xarici keçidlər ''Kompüterin tərkib hissələri

''HP

''Epson

Kateqoriya:Kompüter Kateqoriya:Printerlər