Coşua Andryu Harrop (15 dekabr 1995, Stokport, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. 3 iyul 2017-ci ildən EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubunda çıxış etmişdir.
Klub karyerası
Mançester Yunayted Harrop öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. O, debüt oyununda qol vurmağa nail olmuşdur. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, bu qolu ilə Premyer liqada qol vuran 100-cü müxtəlif Mançester Yunaytedli futbolçu olub. Mövsümün sonunda Harrop 10 qolla reserv komandanın bombardiri seçilmişdir. Harrop 2017-ci ilin iyun ayında yeni müqavilə təklifini rədd etmişdir.
Preston Nort End 23 iyun 2017-ci ildə Harrop EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubu ilə dörd illik müqavilə imzalamışdır. O, 1 iyulda kluba qoşulacaq.
Karyera statistikası
KlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolMançester Yunayted2016–17Premyer liqa1100000011Ümumi karyera1100000011
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Preston Nort End FK futbolçuları Kateqoriya:İpsviç Taun FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri