Faylın birgə istifadəsi () – hesablama şəbəkəsində mərkəzi kompüterdə və ya ümumi serverdə saxlanılan və birdən artıq istifadəçi tərəfindən sorğulanan, baxılan və dəyişdirilən fayllarla iş. Müxtəlif proqramlarda və ya müxtəlif kompüterlərdə işlədilən faylın birgə istifadəsi üçün münasib formata çevrilməsi lazım ola bilər. Əgər bir fayl çoxlu insan tərəfindən birgə istifadə olunursa, ona erişimi parollar vasitəsilə qoruma, erişim hüququnun yoxlanması və ya faylın kilidlənməsi kimi üsullarla tənzimləmək olar ki, bu da faylın eyni zamanda bir neçə şəxs tərəfindən dəyişdirilməsinin qarşısını alırİsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s..

İstinadlar

Xarici keçidlər ECM – Korporativ İnformasiya Resurslarının İdarəetmə Sistemləri | TechNet.Az

Kateqoriya:İnformatika Kateqoriya:Kompüter Kateqoriya:Əməliyyat sistemləri Kateqoriya:Əqli mülkiyyət hüququ Kateqoriya:İnternet terminləri