Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri.
Həyatı Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmişdir. O, 1963–1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966–1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur.
Elmi fəaliyyəti Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969–1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır.
Q. H. Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Q. H. Fətəliyev işlədiyi müddətdə Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 17 elmi konfrans və qurultaylarda iştirak etmiş və elmi məqalələrlə çıxış etmişdir.
Q. H. Fətəliyev əhli və vəhşi məməli heyvanların və sürünənlərin helmint faunası, biologiyası və ekologiyası sahəsində tanınmış mütəxəsisdir. O, 45 illik elmi tədqiqatları dövrundə 32 növə daxil olan 1415 vəhşi məməli heyvan tədqiq etmiş və onlardan 74 cins helmint aşkar etmişdir.
Q. H. Fətəliyev 71 elmi əsərin və q dərs vəsaitin (həmmüəlliflə) müəllifidir. Onun rəhbərliyi altında 1 biologiya üzrə fəlsəfə doktoru müdafiə etmiş, 1 nəfər isə işini tamamlamışdır.
O, Azərbaycanda ilk dəfə olaraq "Xəzdərili məməli heyvanların helmintozlarının təbii ocaqları", "Kənd təsərrüfatı heyvanlarının helmintozlarının təbii ocaqları", "İnsan və ev heyvanlarının helmintlərinin təbii ocaqları" mövzusunda xəritələr hazırlamış və Azərbaycanın Milli Atlasında çap olunmuşdur.
Mükafatları AMEA-nın 1 fəxri fərmanı
Kitabları və monoqrafiyaları Q. H. Fətəliyev. "Dovşançılıq" dərnəyinin nümunəvi tematik plan və proqramı / X. A. Şükürova // Ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları. V–VII siniflər üçün tədris vəsaiti. Bakı-2003. səh. 83–93
Elmi əsərləri Фаталиев Г. Г. Ландшафтно-экологическая характеристика гельминтов зайца-русака Кавказа (в пределах Азербайджанской ССР) // ВОГ, биологические основы борьбы с гельминтами животных и растений. Тезисы докл. Конф., М.: февраль, 1983, с. 93 Fətəliyev Q. H. Azərbaycanın Kiçik Qafqaz və ona birləşən Mil-Qarabağ düzündə yayılmış vəhşi heyvanların tükbaş qurdları (Trichocephalus) və onların ekoloji xüsusiyyətləri // AEA-nın Xəbərləri, biol. elm. ser., Bakı: 1983, № 3, s. 57–61 Фаталиев Г. Г. Влияние некоторых экологических факторов на гельминтофауну джейрана (Gazella subgutturosa Güld) на острове Булла Каспийского моря /Садыхов И. А., Колесниченко М. Л.// Исследование по гельминтол. в Азербайджане. Баку: Элм, 1984, с. 89–91 Фаталиев Г. Г. К изучению гельминтофауны европейской косули на Малом Кавказе Азербайджанской ССР /Садыхов И. А.// Исслед. по гельминтол. в Азербайджане. Баку: Элм, 1984, с. 92–93 Фаталиев Г. Г. Гельминты шакала на Малом Кавказе и в Мильско-Карабахской степях Азербайджана // Исслед. по гельминтол. в Азербайджане. Баку: Элм, 1984, с. 100–101 Фаталиев Г. Г. Метастронгилиды диких и домашних свиней Азербайджана / Пятая Закавказ. конференция по паразитол. Тезисы докладов (18–20 мая, 1987). Ереван: АН Арм. ССР, 1987, с. 149 Фаталиев Г. Г. Экологическая характеристика гельминтофаунистического комплекса барсука на Малом и Большом Кавказе в пределах Азербайджанской ССР и пути её формирования /Садыхов И. А.// Известия АНА, серия биол. наук, Баку: Элм, 1987, № 2, с. 80–86 Fətəliyev Q. H. Lənkəran nutriya fermasında nutriyaların Trichocephalus myocastoris Enigk, 1983 ilə yoluxma dinamikası və onun profilaktikası /Sadıqov İ. Ə., Yolçuyev M. Ş.// AEA-nın Xəbərləri. Biol. elm. seriyası, 1988, № 4, s. 52–56 Fətəliyev Q. H. Quba-Xaçmaz zonasında ev donuzlarında exinokokkoz, sistiserkoz və askaridoz törədicilərinin yayılma dərəcəsi və onlara qarşı profilaktik mübarizə tədbirləri /Sadıqov İ. Ə.// AMEA-nın Xəbərləri. Biol. elm. seriyası, 1990, № 2, s. 55–61 Fətəliyev Q. H. Azərbaycanın Gəncə-Qazax zonasında Taenia hydatigena Pallas-ın inkişafına və yayılmasına temperaturun, nəmliyin və işığın təsirinin öyrənilməsi / Sadıqov İ. Ə., Yolçuyev M. Ş., İbrahimova R. Ş.// AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 1993, № 1–3, s. 87–94 Fətəliyev Q. H. Azərbaycanın Gəncə-Qazax zonasında dovşankimilərdə Trichocephalus leporis-in yayılmasının ekoloji analizi / Sadıqov İ. Ə., Ağayev B. B. // AEA-nın Xəbərləri. Biologiya elmləri seriyası. 1994, № 1–6, s. 56–59 Фаталиев Г. Г. Обнаружение Bronchostrongylus subcrenatus (Railliet et Henry, 1913) Cameron, 1931 в Азербайджане // Изуч. и охр. жив-го мира. Мат. научн. конф. посв. 75-летию со дня рожд. засл. акад. М. А. Мусаева. Баку: Элм, 1997, с. 105–107 Fətəliyev Q. H. Abşeron və onunla həmsərhəd cənub-şərq regionunda aralıq və axırıncı sahiblərdə Noxudvari teniyanın yayılmasının bioekoloji xüsusiyyətləri // ХХ əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması: Akad. M. Ə. Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Elm, 2001, s. 145–147 Fətəliyev Q. H. Azərbaycanda Taenia pisiformis (Bloch, 1780) növünün inkişaf tsiklinin öyrənilməsinə dair // Görkəmli alim və ictimai xadim, akademik H. Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Həsən Əliyev və Azərbaycanda ətraf mühitin davamlı inkişafının problemləri" mövzusunda elmi praktik konfransın Tezisləri. Bakı: El-Alliance, 2002a, s. 236–238 Fətəliyev Q. H. Kiçik Qafqaz və Mil-Qarabağ düzündə vəhşi heyvanlarda parazitlik edən kapillaridlərin (Capillariidae) növ müxtəlifliyinin öyrənilməsinə dair // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması: Akad. M. Ə. Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: Elm, 2002b, s. 330–331 Fətəliyev Q. H. Azərbaycanın müxtəlif biosenozlarında trixinellozun təbii ocaqlarının öyrənilməsinə dair // Görkəmli alim və ictimai xadim, akademik H. Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Həsən Əliyev və Azərbaycanda ətraf mühitin davamlı inkişafının problemləri" mövzusunda elmi praktik konfransın Tezisləri. Bakı: El-Aliance, 2002c, s. 339–340 Fətəliyev Q. H. Azərbaycanda dovşan tükbaşının (Trichocephalus leporis) inkişafının öyrənilməsinə dair // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2003, № 1–2, s. 85–94 Fətəliyev Q. H. Azərbaycanın sənaye əhəmiyyətli vəhşi heyvanlarının tikanbaş qurdları (Macracanthorhynchus Travassos, 1917) və onların ekoloji xüsusiyyətləri // Azərbaycan Zooloqlar cəmiyyətinin I qurultayının materialları. Bakı: Elm, 2003, s. 66–69 Fətəliyev Q. H. Azərbaycanda vəhşi məməli heyvanlarda spiruridlərin növ müxtəlifliyinin öyrənilməsi və onların ekoloji xüsusiyyətləri // Azərbaycan Zooloqlar cəmiyyətinin I qurultayının materialları. Bakı: Elm, 2003, s. 69–74 Fətəliyev Q. H. Qafqazın cənub ətəklərində (Azərbaycan ərazisində) su siçovullarının helmintləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2003, № 5–6, s. 65–69 Fətəliyev Q. H. Azərbaycanda nadir və nəsli kəsilməkdə olan vəhşi heyvanların exinokokku (Echinococcus granulosus (Batsch, 1786)) və ona qarşı mübarizə tədbirləri / Azərbaycan Respublikasının prezidenti H. Ə. Əliyevin 80 illik yubileyinə həsr olunmuş "Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə" mövzusunda elmi-praktik konfransın Tezisləri. Bakı: El-ALliance, 2003, s. 126–129 Fətəliyev Q. H. Abşeron yarımadası və Xəzəryanı ərazilərdə vəhşi və əhli ətyeyən heyvanların başlıca helmintoz törədicilərinin ekosistemdə rolu /Sadıqov İ. Ə., Yolçuyev M. Ş., İbrahimova R. Ş. // V. Axundov adına ET Tibbi Profilaktika İnstitutunun son 10 illik elmi-təcrübi fəaliyyətinin yekunlarına həsr olunmuş elmi konfransın məcmuəsi. Bakı: "Nasir", 2004, s. 218–220 Fətəliyev Q. H. Azərbaycanın Gəncə-Qazax zonasında exinokokkun yayılmasına və onun inkişafına təsir edən bəzi amillərin öyrənilməsi /Sadıqov İ. Ə., Yolçuyev M. Ş., Namazov A. Z. // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Təbiət elmləri seriyası, Bakı, ADPU, 2005, № 1, s. 157–159 Fətəliyev Q. H. Abşeron və Xəzəryanı ərazilərdə tülkünün (Vulpes vulpes L., 1758) helmintlərinin növ müxtəlifliyinə təsir edən bəzi amillərin öyrənilməsi / Yolçuyev M. Ş., İbrahimova R. Ş. // AMEA Zoologiya İnstitutunun əsərləri, XXVIII c. Bakı: Elm, 2006, s. 272–277 Fətəliyev Q. H. Azərbaycanda trixostronglidlərin (Trichostrongylidae) vəhşi məməlilər arasında yayılmasının landşaft-ekoloji xarakteristikası // AMEA Zoologiya İnstitutunun əsərləri, XXVIII c. Bakı: Elm, 2006, s. 278–290 Fətəliyev Q. H. Azərbaycanın Xəzəryanı ərazilərində çaqqalın helmintlərinin yayılmasının ekoloji xüsusiyyətləri /Yolçuyev M. Ş., İbrahimova R. Ş.// Görkəmli alim və ictimai xadim, akad. H. Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Akad. H. Əliyev və Azərbaycanda ekologiya elmi" mövzusunda elmi-praktik konfransın tezisləri. Bakı: Çaşıoğlu, 2007, s. 277–278 Фаталиев Г. Г. Ландшафтно-экологическая характеристика распространения гельминтов диких млекопитающих в Азербайджане / Труды Международной конференции "Горные экосистемы и их компоненты" (13–18 август, 2007, Нальчик), ч. 3. М.: 2007, с. 148–152 Fətəliyev Q. H. Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin ekoloji zonaların landşaftları üzrə yayılması // Azərb. MEA-nın Xəbərləri, biol.elm.seriyası, Bakı, 2008, № 1–2, s. 77–88 Fətəliyev Q. H., Yolçuyev M. Ş., İbrahimova R. Ş. Azərbaycanın Xəzəryanı ərazilərində qamış pişiyinin (Felis chaus G.) helmintlərinin növ müxtəlifliyi // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. I c., Bakı: Elm, 2008, s. 77–80 Fətəliyev Q. H., Yolçuyev M. Ş., İbrahimova R. Ş., Əzizova A. A. Şirvan zonasında vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin növ müxtəlifliyi, onların epizootoloji və epidemioloji rolu // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. I c., Bakı: Elm, 2008, s. 189–193 Fətəliyev Q. H. Böyük Qafqazın cənub ətəklərində meşə siçanının (Apodemus sylvaticus L.) helmint faunası və onun ekoloji xüsusiyyətlərinə dair /Həsənov F. Z.// BDU-nun 90 illik yubileyinə həsr olunmuş "Biologiyada elmi nailiyyətlər" mövzusunda Respublika Elmi Konfrasının Materialları. 22–23 may. Bakı: 2009, s. 355 Fətəliyev Q. H. Şirvan zonasında vəhşi və əhli ətyeyən heyvanların helmintlərinin yayılmasında aralıq sahiblərin rolu / Yolçuyev M. Ş., İbrahimova R. Ş.// BDU-nun 90 illik yubiləyinə həsr olunmuş "Biologiyada elmi nailiyyətlər" mövzusunda Respublika Elmi Konfrasının Materialları. 22–23 may. Bakı, 2009, s. 404–405 Fətəliyev Q. H. Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin epidemioloji, epizootoloji rolu və təbii ocaqlılığı // Azərbaycan MEA-nın Xəbərləri, biologiya elmləri, c. 64, № 3–4; Bakı: Elm, 2009, s. 70–73 Фаталиев Г. Г. Развитие яиц Trichocephalus ovis в различных типах почв Азербайджана / Мамедова М. М. // Ветеринарная медицина, № 4, М.: ООО " Агровет", 2009, с. 28–32