Parqasit Na Ca2 (Mg, Fe2+)4 (Al, Fe3+) [(OH,F)2| Al2Si6O22] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Növ müxtəliflikləri Soretit – optik növ müxtəlifliyi.
Xassələri Rəng – açıq-yaşıl, yaşılımtıl-boz, göydən göyümtül-yaşıladək, mavi calarlı yaşıl, qara, qəhvəyi; Parıltı – şüşə; Sıxlıq – 3,02-3,21; Sərtlik – 5-6; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, qısa sütunvari; İkiləşmə: nadir hallarda; Mineral aqreqatları: lifli və dənəvər.
Mənşəyi və yayılması Əsas etibarilə kontakt-metasomatik süxurlarda rast gəlir: mineralın maqneziumla zəngin əmələgəlmələri SiO2 ilə doymuş mühitdə, dəmirlə zəngin parqasit isə skarnların fluorlu və borlu metasomatozunda əmələ gəlir. Parqasit həmçinin karbonat və ultraəsasi süxurların, habelə skarnların metamorfizmi prosesində yaranır. Bəzən şistlərdə və amfibolitlərdə müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: diopsid, skapolit, floqopit, xondrodit və b. Mineralın tapıldığı yerlər: Parqas (Finlandiya); Aldan (Rusiya); Arizona (ABŞ); Xunza, Kəşmir (Pakistan) və b. Azərbaycanda Laçın rayonunun serpentinitlərində aşkar edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE PARGASITE MINERAL GROUP
Kateqoriya:İnosilikatlar Kateqoriya:Natriumun mineralları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Qiymətli daşlar Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Hidrooksidlər (minerallar)