Qleyli-sarı torpaqlar — Lənkəran zonasında atmosfer və qrunt sularının yüksək rütubətləndirici sahələrində formalaşmış torpaq tipi. Yaz-payız mövsümlərində qrunt sularının dərinliyi 1 m-dəm çox olmur. Yay aylarında isə bu səviyyə 2,-2,5 m-lə əvəz olunur.

Relyefi Bu torpaqlar relyefin aşağı terraslarında və depressiya sahələrində əsasən dellüvial, allüvial-prolüvial çay və yarğan-bataqlıq çöküntüləri yayılmışdırKovalyov P. V. Lənkəran vilayətinin torpaqları (rus dilində). Bakı: 1966, 372 s.. Bu çöküntülərin tərkibi mürəkkəb olmaqla çox vaxt laylı quruluşa malik olur.

Morfoloji əlaməti Morfoloji təsvirdən göründüyü kimi ağır mexaniki tərkibə malik olub, podzollaşma və qleyləşmə profil boyu özünü göstərir. Bu, əsasən relyefdən daha çox asılıdır. çökək ərazilərdə qrunt sularının təsiri daha böyükdür. A1 horizontu boz, kəsəkvari-dənəvari, ot və ağac kökləri, qırmızı rəng seçilir, mexaniki tərkibi gillicəli, qalınlığı 0–11 sm; A2 horizontu daha çox açıq-boz, sıx köklər, qozvari-dənəvari, nisbətən yumşaq/, mexaniki tərkibi ağır gillicəli, qalınlığı 11–32 smİ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014, 235 s.; B1 horizontu sarı-qonur, güclü gilləşmə, şaquli çatlar, gilli, qalınlığı 32–46 sm; C1 daha tünd, qonur-qəhvəyi, gilli, rütubətli. Qalınlığı 85–97 sm; C2 horizontu sarı, rütubətli, karbonat yoxdur. Qalınlığı 97–170 sm.

Genetik xüsusiyyətləri Bu torpaqlarda humusun miqdraı azdır. Orta hesabla 3,5–4% təşkil edir. Torpaq profili üzrə aşağı qatlara doğru humusun miqdarı azalır. Torpağı üst qatında azotun miqdarı 0,25–0,28 %-ə çatır. C\N nisbəti üst qatda 13,1–10,1 olduğu halda, profil aşağı hissələrində 5,0–9,0 kimi dəyişir. Humin turşusunun fulvo turşularına nisbəti 0,4–0,7-yə kimi aşağı düşür. Qleyli sarı torpaqların udma tutumunun miqdarı 23,9±4,4% təşkil edir. Udulmuş kationlar içərisində kalsium kationu üstünlüyü olub, udma tutumunun 60–75%-ni təşkil edir.

Yarımtipləri Təsvir olunan torpaqların tərkibi aşağıdakı yarımtiplərə ayrılırMəmmədova S. Z. Azərbaycanın Lənkəran vilayəti torpaqlarınnı ekoloji qiymətləndirilməsi və monitorinqi. Bakı: Elm, 2006, 369 s.: qleyli sarı psevdopodzollaşmış qleyli-sarı qalıq karbonatlı qleyli-sarı tam inkişaf etməmiş qleyli-sarı

İstinadlar

Xarici keçidlər Azərbaycan torpaqları

Kateqoriya:Torpaq tipləri