Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası () — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir.

Tarixi 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.

İmperatorlar thumb|Maratha İmperiyasının banisi Şivaçi Şivaçi (1674—1680) Sambaçi (1680—1689) I Racaram (1689—1700) Tarabay (1700—1707) I Şahuçi (1707—1749) II Racaram (1749—1777) II Şahuçi (1777—1808) Pratap Sinqh (1808—1819)

Ədəbiyyat

Həmçinin bax Şivaçi Böyük Moğol İmperiyası Britaniya Hindistanı Maratxlar

Kateqoriya:1674-cü ildə yarananlar Kateqoriya:1820-ci ildə ləğv olunanlar Kateqoriya:Konfederativ dövlətlər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar