Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-də yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır.

1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.

Həmçinin bax Lexus RX Lexus LX Lexus GX

İstinadlar

Kateqoriya:Yaponiya avtomobilləri Kateqoriya:Lüks brendlər Kateqoriya:Toyota avtomobilləri Kateqoriya:1989-cu ildə Yaponiyada yarananlar Kateqoriya:Avtomobil markaları