Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş.Azərbaycan Tarixinin döyüşləri
Tarixi 1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı.F. Sümer.s.69.
1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər.İ. Nuriyeva.s.100.
Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi. Şənbi Qazanda dayandıqdan sonra Naxçıvana yola düşdü. Əmirlərlə keçirilmiş müşavirə əsasında Qaraqoyunlularla döyüşə qərar verildi. 1406-cı ilin oktyabrın 14-də Naxçıvanın qərbində iki ordu qarşılaşdı. Qara Yusifin ordusunun sağ qolunda Pirhüseyn Səədli, sol qolunda Urmiya hakimi Dizək, mərkəzdə isə Qara Yusifin özü, Musa bəy Dögər, Pir Ömər, Piri bəy və başqa böyük Qaraqoyunlu sərkərdəkləri yer almışdılar.F. Sümer.s.72–73.
Döyüşün birinci günü tərəfər arasında kəşfiyyat işləri görüldü. Beləki hər iki tərəf ox atmaqla bir-birilərinin qüvvələrini öyrəndilər. Döyüşün ikinci günü Əbu Bəkr Arazı keçərək Qaraqoyunlu ordusunun üzərinə həlledici hücuma keçdi. Qara Yusif, "bizim şəxsi düşmənliyimiz üzündən bu qədər insan tələf olur. İgidlik və bahadırlıq hər ikimizin qarşı-qarşıya gələrək vuruşmağımızı tələb edir". dəsə də Əbu Bəkr bu təklifi qəbul etmədi. Az müddətdən sonra Teymuri ordusu davam gətirə bilməyərək geriyə çəkilməyə başladı. Əbu Bəkr döyüş meydanını tərk edərək Təbrizə gəldi. Şəhəri qarət və talan etdikdən sonra Sultaniyyəyə çəkildi. Həsən bəy Rumlu bu haqda "Qızılbaşlar tarixi" kitabında yazır:
Ədəbiyyat Prof. Dr. Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar). I. cilt Türk Tarih Kurumu Basım Evi — Ankara — 1967 Nuriyeva İradə Tofiq qızı. Azərbaycan tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). – Bakı: Mütərcim, 2015. – 336 səh. Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, "Azərbaycan" nəşriyyatı. 1993–48 s.
İstinadlar
Həmçinin bax Qaraqoyunlular Teymurilər
Xarici keçidlər Karakoyunlu
Kateqoriya:Qaraqoyunlular Kateqoriya:Teymurilər Kateqoriya:1406-cı ildə Azərbaycan Kateqoriya:Azərbaycandakı döyüşlər Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Qaraqoyunluların döyüşləri Kateqoriya:Cəlairilər Kateqoriya:Naxçıvan Kateqoriya:Naxçıvan Muxtar Respublikası tarixi