Neapol (qəd.yun. Νέα Πόλις — "yeni şəhər"; ital. Napoli) — böyüklüyünə görə Roma və Milandan sonra İtaliyanın 3-cü, cənubi İtaliyanın isə ən böyük şəhəri. Kampaniya (İtaliya) əyalətinin paytaxtı. Şəhərin əhalisi 1 milyon nəfər, şəhərətrafı bölgələrlə birlikdə 3 milyon nəfərdir. Neapol məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. Şəhərin beynəlxalq aeroportu və böyük dəniz limanı vardır. Neapol öz zəngin tarixi, idmanı, mədəniyyəti və mətbəxi ilə məşhurdur.

Əsası e.ə. VIII əsrdə yunanlar tərəfindən qoyulmuşdur. Şəhərin qoruyucusu Müqəddəs Yanuari (ital. San Gennaro) hesab olunur. 19 sentyabr şəhər günü kimi qeyd edilir. Neapol və Bakı qardaşlaşmış şəhərlərdir. E.ə. VI–IV əsrlərdə Qərbi Avropada yaranmış İskit dövlətinin paytaxtı olub.

Qardaşlaşmış şəhərlər , Bakı , Kaqoşima , Afina , Budapeşt , Keleraşi , Qafsa , Salvador-da-Baya , Kəlkütə , Nosi , Palma-de-Malyorka , Santyaqo-de-Kuba , Sarayevo , Valensiya , Nablus , Nosi Be , İzmir , Mayami

İstinadlar

Kateqoriya:Kampaniya regionu Kateqoriya:Aralıq dənizinin limanları Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:İtaliyadakı ümumdünya irsi Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:İtaliyanın Aralıq dənizi ətrafındakı liman şəhərləri