II Hairan () — Palmira şahzadəsi və kral Odenatın oğlu. RTP 736 adlı möhür Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır.Hartmann 2001, səhifə: 111 Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur.Seyriq 1963, səhifə: 172 Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur.

Kral Herodian və II Hairan thumb|Kral Septim Herodian

Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür.Soutern 2008, səhifə: 8 Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.

Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir. Henri Arnold Seyriqə görə, II Hairan Herenniyandır. Seyriq həmçinin, II Hairanın Vaballatın qardaşı olduğunu, lakin padşahlıq etmədiyini demişdir. Seyriq, II Hairanı RTP 736 adlı qurğuşun möhürdəki Hairandan ayırmışdır.Seyriq 1963, səhifə: 171 Macarıstan alimi Andreyas Alföldi Septimius Herodianın Herenniyan olduğunu irəli sürmüşdür. Septim Herodian möhürü ilə əlaqədar olan başqa bir möhür, dəfnə yarpağı ilə taclandırılmış bir qadın təsvir edilmişdir. Alföldiyə görə bu qadın təsviri yalnız Zenobiya ola bilər.Brey 1997, səhifə:  276 Beləliklə, Alföldiyə görə Septimius Herodian, Zenobiya və Odenatın oğludur.

Udo Hartmann, Septim Herodian ilə I Hairanın eyni bir şəxs olduğunu və Herodianın, Hairanın yunan dilində olan versiyası olduğunu demişdir.Satern 2008, səhifə:  9 Deyvid S. Potter bu fikirlə razılaşmır. Deyvidə görə, Septim Herodian Zenobiyanın oğludur, Herodian ilə II Hairan eyni şəxsdirlər və I Hairan ilə əlaqəsi yoxdur.Potter 2014, səhifə: 85

Mənbə

İstinadlar

Ədəbiyyat