Mərmər xulu () — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. Morfoloji əlamətləri Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür. Bədənin əsas rəngi qonur-boz, boz-sarı olur. Bədəninin yanlarında bir neçə köndələn tünd ləkələr yerləşir.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140. Yayılması Qara, Azov və Xəzər dənizlərində, eləcə də onların hövzələrinin şirin sularında geniş yayılmışdır. Azərbaycan sahillərində və respublikanın şirin su hövzələrində azsaylıdır. Kür çayında, Sarısu, Ağçala göllərində, İran sahillərindəki çayların aşağı hissələrində yayılmışdır. Təsərrüfat əhəmiyyəti Mərmər xul balığlarının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.
İstinadlar
Kateqoriya:Balıqlar Kateqoriya:Xullar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Yunanıstan balıqları Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar