Üstüpü hamamı — Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. thumb|Üstüpü hamamı (Ordubad rayonu)

Yerləşdiyi ərazi Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır.

Memarlıq quruluşu Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir. Ancaq günbəzlər yer səviyyəsindən yuxarıdadır. Qərb tərəfdən isə bina tam açıq görünür. Girişi qərbdəndir. Çatma tağlı koridordan keçib soyunma və yuyunma salonuna daxil olursan. Soyunma və yuyunma salonlarında hücrələr vardır.

Tarixi Hamam binası XVII–XVIII əsrlərdə inşa olunmuşdur.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Naxçıvan Muxtar Respublikası hamamları