Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə.

Nahiyənin təşkili XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 135

Tarixi-coğrafi yerləşməsi və inzibati quruluşu Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Z.Bünyadov və H.Məmmədov. Bakı:Elm, 1996, 184 s., s.140, 152. 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur.

Mənbə Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.

İstinadlar

Kateqoriya:Naxçıvan ərazisinin tarixi-siyasi coğrafiyası