İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı.Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. 1-ci cild — Səh.: 277. — ISBN 5-8066-1468-9.
Həyatı 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956–1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.
Mükafatları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə 1949-cu il martın 14-də yüksək miqdarda tütün məhsulu əldə edilməsindəki xidmətinə görə İsmayılov Rza Paşa oğluna Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O həm də "Lenin" ordeni və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Tütünçülər