Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərin hər birində öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdı. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir.

Azərbaycanda pravoslav kilsələri

1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncə və Xaçmaz şəhərlərinin hər birində 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Avtokefal kilsələri

Pentarxiyanın patriarxlıqları Konstantinopol Pravoslav Kilsəsi Aleksandriya Pravoslav Kilsəsi Antioxiya Pravoslav Kilsəsi Yerusəlim Pravoslav Kilsəsi Başqa patriarxlıqlar Rus Pravoslav Kilsəsi Gürcü Pravoslav Kilsəsi Serb Pravoslav Kilsəsi Rumın Pravoslav Kilsəsi Bolqar Pravoslav Kilsəsi Başqa avtokefal kilsələr Kipr Kilsəsi Yunanıstan Kilsəsi Albaniya Pravoslav Kilsəsi Polşa Pravoslav Kilsəsi Çexiya və Slovakiya Pravoslav Kilsəsi

Həmçinin bax

Antixalkidon kilsələri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pravoslavlıq

Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Xristian terminologiyası