Uzun usneya Elmi adı - Usnea longissima Ach. (usnea laricina Vain.) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013http://redbook.az/?options=project&id=Uzun%20usneya

Qısa morfoloji təsviri Tallomu kolşəkilli, uzundur, sallaqdır, uzunluğu 60 sm-ə qədər, açıq oz-yaşıl və ya sarımtıl –boz rənglidir, sadə və ya zəif budaqlanandır. Budaqları nazikdir, diametri 1 mm-ə qədər, uzunluğu 1-3 sm-ə qədərdir, fibrilli və azsaylı soredilidir. Özəyi zəif inkişaf edib, mərkəzi silindr möhkəmdir, tallomu yarıya qədər doldurur. Yodun təsirindən rəngi göyərir. Apotesilər bizim nümunələrdə yoxdur.Бархалов Ш.О. 1969

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Mezokserofitdir, işıqsevəndir, sporla və soredillərlə çoxalır. Antimikrob xüsusiyyətinə görəqədim xalq təbabətində, cərrahiyədə, ginekologiyada yaraların sağalmasında istifadə olunur.Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980Новрузов В.С., 1990

Yayılması Lənkəranın dağlıq hissəsi İLənkəran, Bobola və Alekseyevka kəndinin yaxınlığında; Astara, Armudlu kəndi yaxınlığında), Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğu, 1800–1950 m hündürlüyündə, ağaclarda).Шретер А.И., 1979

Sayı və tendensiyası Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.

Məhdudlaşdırıcı amillər Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsidir.

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili vacibdir.

İstinadlar

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar