250px|thumb|right|Nuh Peyğəmbər türbəsi Naxçıvan Muxtar Respublikası mədəniyyəti — Naxçıvanda mədəniyyət.

Haqqında Naxçıvan Muxtar Respublikası ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı — e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur.V. H. Əliyev. Azərbaycanda tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı, 1977 Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.Aidə Məmmədova — NAXÇIVANIN BOYALIQABLAR MƏDƏNlYYƏTlNlN ÖYRƏNİLMƏ TARiXİ, Azerbaijan Archeology Vol.: 4 Num. 3–4

Naxçıvan dialekti Azərbaycan dilinin cənub qrupuna aiddir.Azərbaycan dili dialekt və şivələrinin təsnifi, səh. 19 // Azərbaycan dialektologiyasının əsasları: Ali məktəblər üçün dərs vəsaiti. Müəllif: Məmmədağa Şirəliyev. Bakı: "Marif", 1967, 424 səh. — Təkrar nəşr. Buraxılışa məsul: Əziz Güləliyev. Bakı: "Şərq–Qərb", 2008, 416 səh. ISBN 9789952341836Языки народов Советского Союза. — Алтайские языки. — Тюркские языки, стр. 79. // Сто тридцать равноправных: о языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Институт языкознания. Научно-популярная серия. Москва: Издательство "Наука", 1970, 192 стр.Глава III. Народы и языки Советского Союза. — 2. Алтайская семья. — Тюркские языки, стр. 118. // О языках народов СССР. Автор: М. И. Исаев. Ответственный редактор: член–корреспондент АН СССР Ф. П. Филин. Академии наук СССР. Научно-популярная серия. Москва: Издательство "Наука", 1978, 222 стр. Naxçıvan-Marağa memarlıq məktəbi Azərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir.Леонид Семенович Бретаницкий — Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока, Наука, Глав. ред. восточной лит-ры, 1966 Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.Микаэль Алескерович Усейнов — История архитектуры Азербайджана, Гос. изд-во литры по строительству, архитектуре и строит. материалам, 1963 Bu məktəbin görkəmli nümayəndələrinə misal olaraq Əcəmi Naxçıvani və Əhməd Naxçıvani misal göstərilə bilər.

Mədrəsələr Azərbaycanda orta əsrlər zamanı orta və ali təhsil verən tədris müəsisələri mədrəsə adlanır. Orta əsrlərdə Azərbaycanın Təbriz, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərində , o cümlədən Naxçıvanda , Ordubadda, məscidlərin nəzdində məktəb və mədrəsələr fəaliyyət göstərmişdir. Bu məktəblərdə dini elmlərlə yanaşı dünyəvi fənlər də tədris edilirdi. XII yüzillikdə Naxçıvan şəhəri haqqında bəhs edən müəlliflərin əsərlərində Naxçıvanda mədrəsələrin olması haqqında məlumata rast gəlinir. "Əcaib əd Dünya" əsərinin müəllifi Naxçıvanın XII əsrdəki təsvirini verərkən onun yanında daşdan qala , qalanın içərisində isə mədrəsələr və məscidlər olduğunu qeyd etmişdir. XII yüzillikdə Eldənizlər dövlətinin çiçəkləndiyi dövrdə Naxçıvan şəhərindəki Atabəylər memarlıq kompleksində mədrəsə də var imiş. Bu dövrdə Azərbaycan ərazisində iri və məşhur mədrəsələr əsasən Marağa, Gəncə və Naxçıvan şəhərlərində mərkəzləşmişdir. Onların içərisində Naxçıvan mədrəsələri , xüsusiilə Atabəy ŞƏmsəddin mədrəsəsi daha çox tanınmışdır. Dovrümüzədək Naxçıvan mədrəsələri , mədrəsələrdə müəllim-tələbə mmünasibətləri , orada tədris olunan fənlər vəşs haqqında dəyərli məlumatlar verən qiymətli bir sənəd gəlib çatmışdır. "Mənşur-i, təqrir-i, tədris-i, mədrəsə-i Naxçıvan" adlanan bu sənəd Elxani hakimləri tərəfindən imzalanmış fərmandır. Müəllifi Elxanilər sarayına baş vəzir işləmiş Şəmsəddin Məhəmməd Cüveyni olan bu fərman Azərbaycan Atabəyləri zamanında Naxçıvan şəhərində fəaliyyət göstərən iki mədrəsə haqqındadır. Fərman 1263–1284-cü illər arasında yazılmışdır. Naxçıvan mədrəsələrinin tarixi şəhərdəki Yusif Küseyr oğlu və Atabəy Məhəmməd Cahan Pəhləvanının anası Möminə Xatının şərəfinə tikilmiş türbənin tarixinə uyğundur. Müsəlman şərqində mənsub olduqları məqbərə vəqflərini gəlirləri hesabına maliyyələşmişdir. Atabəylər memarlıq kompleksinə daxil olduqlarını və Möminə Xatın türbəsinin vəqfləri hesabına fəaliyyət göstərmələrini nəzərə alaraq demək olar ki, bu mədrəsələr ölkədə elm və maarifin inkişafına böyük qayğı göstərən Eldəniz hakimləri tərəfindən inşa etdirilmişdir. Orta əsr qaynaqları təsdiq edir ki, XII–XIII əsrlərdən sonrakı dövrlərdə də Naxçıvan şəhərində çoxlu məşhur mədrəsələr fəaliyyət göstərmişdir. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da mədrəsələr sovet hakimiyyətinin qurulmasınadək mövcud olmuşdur.Hüseynzadə Ə . Naxçıvan mədrəsələrinə dair Elxanı fərmanı. Azərbaycan SSR EA Məruzələri, c. XXI, 1960

Naxçıvan şəhərində Orta əsrlər zamanı Naxçıvan şəhərində inşa etdirilən möhtəşəm və çox əhəmiyyətli tarix-memarlıq abidələrinin bir qismi mədrəsələr olmuşdur. Qaynaqlar təsdiq edir ki, Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin yarandığı ilk mərkəzlərdən biri olmuşdur. Bölgənin ən qədim şəhəri, elm, təhsil və mədəniyyət mərkəzi olmaq etibarilə orada ilk məktəb və mədrəsələrin yaranması təbii hal idi. XII yüzillikdə Naxçıvan şəhəri haqqında bəhs edən müəlliflərin əsərlərində Naxçıvanda mədrəsələrin olması haqqında qısa məlumatlara rast gəlirik. "Əcaib-əd-Dünya" əsərinin müəllifi Naxçıvan şəhərinin XII əsrdəki təsvirini verərkən onun yanında daşdan qala, qalanın içərisində isə mədrəsələr və məscidlər oluduğunu qeyd etmişdirƏcaib əd-Dünya, s. 209. XII yüzillikdə Eldənizlər dövlətinin çiçəkləndiyi dövrdə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərində yaradılmış Atabəylər memarlıq kompleksində mədrəsə də var imiş. Bu dövrdə Azərbaycan ərazisində mədrəsələr əsasən Marağa, Naxçıvan və Gəncə şəhərlərində mərkəzləşmişdi. Onların içərisində Naxçıvan mədrəsələri, xüsusulə Atabəy Şəmsəddin mədrəsəsi daha çox tanınmışdıƏhmədov H., 2001, s. 151.

Dövrümüzədək Naxçıvan mədrəsələri, mədrəsələrdə müəllim-tələbə münasibətləri, orada tədris olunan fənlər və s. haqqında dəyərli məlumat verən qiymətli bir sənəd gəlib çatmışdır. "Mənşur-i təqrir-i tədris-i mədrəsə-i Naxçıvan" ("Naxçıvan mədrəsəsi tədrisinin təsdiqinə dair fərman") adlanan bu sənəd Elxani hakimləri tərəfindən imzalanmış fərmandır. Müəllifi Elxanilər sarayında baş vəzir işləmiş Şəmsəddin Məhəmməd Cüveyni olan bu fərman Azərbaycan Atabəyləri zamanında Naxçıvan şəhərində inşa edilmiş iki mədrəsə haqqındadır.Osman Turan, 1958, s. 57–60;Hüseynzadə Ə., 1960, s. 1269–1273. Elxanilər tərəfindən verilən bu fərman Naxçıvan mədrəsələrinin çox məşhur və dövlətin himayəsində olduğunu təsdiq edir. Müsəlman Şərqində məktəb və mədrəsələr əsasən məscidlər və məqbərələr yanında təşkil edildiyindən, onların bütün xərcləri də məscid və ya məqbərənin vəqfləri hesabına ödənilirdi. Naxçıvan şəhərindəki əsas mədrəsələr də Atabəylər memarlıq kompleksinə daxil olan Came məscidi və Möminə xatun məqbərəsi yanında təşkil olunmuş və həmin obyektlərin, həmçinin Yusif Küseyr oğlu türbəsinin vəqf gəlirləri hesabına maliyyələşmişdirPiriyev V., 2004, s. 61. Bu mədrəsələrin Atabəylər memarlıq kompleksində "Darül-mülk" (Hökumət evi), Came məscidi, Möminə xatın türbəsi və digər tikililərlə yanaşı olaraq Eldənizlər dövlətinin bir müddət paytaxtı olmuş Naxçıvan şəhərinin mərkəzi hissəsində yerləşməsi onların paytaxtın, geniş mənada isə böyük bir dövlətin maarif-təhsil və ideoloji həyatında əhəmiyyətli yer tutmasından xəbər verir.

Məlumdur ki, Azərbaycan Atabəyləri dövləti təxminən 30 il məhz buradan Naxçıvan şəhərinin mərkəzi meydanından, mədrəsələrlə yanaşı ucalan Darül-mülkdən (Hökumət evindən) idarə olunmuşdur. Ona görə də hökumət evinə gələn Azərbaycan Atabəyləri demək olar ki, hər gün bu mədrəsələri görmüş və heç şübhəsiz ki, kompleksə daxil olan digər abidələr kimi onlara da qayğı ilə yanaşmışlar. Atabəylər sarayı ilə yanaşı olduqlarından, hətta onların dövlətin əsas təhsil müəssisələrindən biri olmasını da söyləmək olar. Orta əsr qaynaqları təsdiq edirlər ki, XII–XIII əsrlərdən sonrakı dövrlərdə də Naxçıvan şəhərində çoxlu məşhur mədrəsələr fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki, XIV–XV əsr müəllifi Ə. Bakuvi Naxçıvan şəhərindən danışarkən orada mədrəsələr olmasını xüsusi qeyd etmişdirBakuvi Ə., 1992, s. 132. Bütün Azərbaycanda olduğu kimi Naxçıvanda da mədrəsələr Sovet hakimiyyətinin qurulmasınadək mövcud olmuşdurSəfərli F., 2003, s. 316–325.

Məscidlər Naxçıvan Muxtar Respublikasının ərazisi orta əsrlərdə inşa olunmuş tarixi-memarlıq abidələri ilə çox zəngindir. Naxçıvan ərazisi orta əsrlərin renessans dövründə elm, mədəniyyət, ticarət mərkəzlərindən biri olmuşdur. Əgər zamanında bu yerlərdən yük dolu karvanlar keçmişsə, o insanların rahatlanması üçün çoxlu sayda karvansaraylara, məscidlərə, dini iqamətgahlara, mədrəsələrə, körpülərə, hamamlara və digər tikililərə ehtiyac olmuşdu. Daxili və xarici bazarı möhkəmlətmək, əlaqələri gücləndirmək üçün mühüm yollar salınmışdı. Belə memarlıq abidələrinin bir qismi bu gün də Naxçıvan ərazisində qalmaqdadır.

XI–XII əsrlərdə Naxçıvan Şərqin elm və mədəniyyət mərkəzlərindən biri İdi. Burada yaşamış və fəaliyyət göstərmiş bir çox görkəmli münəccim, filosof, ilahiyyatçı alim, tarixçi, dilçi, memar, qanunşünas, riyaziyyatçı, həkim və digər mütəfəkkirlərin adlarına tarixi mənbələrdə rast gəlinir.

Bütün bunlar renessans dövrünün tələbləri idi. Əgər o dövrdə elm, musiqi, ədəbiyyat, şeir zamanın tələblərindən yüksək səviyyədə idisə, mütləq digər sənət sahələri də ona müvafiq inkişaf edirdi. Renessans hərtərəfli inkişaf deməkdir. Ola bilməz ki, bu mərhələdə elmin, sənətin bir sahəsi inkişaf etsin, yenilənsin, digər sahələr isə geridə qalsın.

Naxçıvan şəhərində orta əsrlərdə onlarla məscid binası inşa edilmişdir. Tarixin keşməkeşli dönəmlərinə – uzun sürən müharibələrə, təbiətin şıltaqlığına, insanların biganəliyinə baxmayaraq, zamanəmizə qədər çatan və çatmayan məscidlər var. Məscidlər müsəlmanlar arasında birlik yaradan ideoloji mərkəzlər olmuşlar.

Muxtar Respublika ərazisində orta əsrlərə aid Naxçıvan şəhərində Əcəmi Əbubəkr oğlunun inşa etdiyi Came məscidi (XII əsr), Pir Xamuş məscidi (XVI–XVII əsrlərdə tikilib, XX əsrin sonlarında bərpa olunub), Şah Abbas (Şahab) məscidi (XVI–XVII əsrlər), Came məscidi (Cəfəriyyə məscidi — XIX əsr), Ordubad şəhərində Ambaras məscidi (XVII–XVIII əsrlər), Came məscidi (əsası 729-cu ildə qoyulsa da, XVII əsrdə əsaslı şəkildə bərpa edilib), Sərşəhər məscidi (XVIII əsr. 1986-cı ildə bərpa olunub), Təkeşiyi məscidi (XVIII əsr), Yuxarı Əylis Şah Abbas məscidi (XVI əsr), Gənzə kəndində Hacı Hüseynqulu məscidi (XV əsr), Nüs-nüs məscidi, Xanağa məscidi (XVII əsr), Dəstə kəndində Şingiley məscidi (XI əsr, XX əsrdə bərpa olunub), Köhnə Kotam məscidi (XVII–XVIII əsrlər), Vənənd kəndində Uzun Küçə məscidi (XVII əsr. Son vaxtlar təmir olunub), Babək rayonunun Cəhri kəndində Heydərxanlı məscidi (XV əsr), Culfa rayonunda Milax məscidi (XIX əsr) və başqa bu kimi tikililər vardırNaxçıvan abidələri Ensiklopediyası., Naxçıvan, 2008, səh. 22,51,53,93,120 və s.).