Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.
Həmçinin bax Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları