Donuzqıran dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3392,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin andezitli porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.
Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) Almalıdağ
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları