Robert Vodlou (; ) — Dünyanın ən uzun adamlarından biri

22 fevral 1918-ci ildə ABŞ-də anadan olub. Ailəsi 7 nəfərdən ibarət olub. İlk övlad olub. 2 bacısı və 2 qardaşı var idi. Anadan olanda normal kütləsi (3.8 kq) və boyu olub. 4 yaşına qədər də boyu və kütləsi normal olub. Bundan sonra onun boyu sürətlə artdı və 8 yaşında boyu 1.88 m oldu. 10 yaşında isə 2.0 m və kütləsi 100 kq oldu. Nəhayət, 14 yaşında o, dünyanın ən hündürboy adamı seçildi (2.24 m). Boyu və kütləsi uyğun olaraq 16 yaşında 2.4 m və 166 kq, 19 yaşında 2.6 m və 197 kq və nəhayət, 22 yaşında isə 2.72 m və 224 kq oldu. Əllərinin uzunluğu isə 224 mm idi.

1940-cı il qan azlığından əzab çəkən Vodlou, ABŞ xəstəxanalarının birində dünyasını dəyişdi. Təxminən, 40000 nəfər onun dəfnində iştirak etmişdir. Onun tabutunun çəkisi yarım ton ağırlığında idi. Ən az 12 nəfər lazım idi tabutu daşımaq üçün.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Miçiqanda vəfat edənlər Kateqoriya:Sepsisdən ölənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Gigantizmli şəxslər Kateqoriya:Dünya rekordçuları