Gərməçataq dağı — Babək rayonu ərazisində dağ (hünd. 1614.0 m). Dərələyəz silsiləsinin cənub yamacında, Gərməçataq kəndindən 750 m qərbdə zirvə. Üst Tabaşirin Kampan mərtəbəsinə aid eyniadlı lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari, şimal və qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, Xanbulaq-Badamlı qalxımının şimal cinahına aid ikincidərəcəli Aşağı Buzqov antiklinalının cənub-şərq periklinal hissəsində yerləşir.
Həmçinin bax Ağrı dağı Ağqaya Elti dağı
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları