Küküdağ - Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikası ərazisində yüksək zirvəsi. Dərələyəz silsiləsinin ən hündür zirvəsidir. Hündürlüyü 3120 m-dir. Şahbuz rayonu ərazisindədir. Əhəngdaşı, qumdaşı, kvarsit, şist kimi suxurlardan təkil olunmuşdur.

Şahbuz rayonu ərazisində dağ. Küküçayın mənbəyində, Kükü kəndindən 8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Yamaclarında uzununa və eninə istiqamətlənmiş  qırılmalar və eyni yaşlı andezit-dasit tərkibli kiçik ölçülü subvulkanik kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli Kükü antiklinalının cənub-qərb qanadında yerləşir.

Mənbə Naxçıvan Muxtar Respublikası - Təbiət və təbii sərvətlər

Həmçinin bax: Xarxat dağı Ağaverdi dağı Güllüdağ Elti dağı

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri