İkilik-onluq ədəd İkilik-onluq ədəd (Binary-coded decimal) — yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədlərin hər bir rəqəmi o birilərindən ayrıca ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mertebəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir.
Ədəbiyyat İsmayıl Cəlallı (Sadiqov). İnformatika terminlərinin izahlı lüğəti. 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kateqoriya:İnformatika